Torpaq hüquqpozulmalarına qarşı cəzalar sərtləşdirilir

Torpaq hüquqpozulmalarına qarşı cəzalar sərtləşdirilir

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.

Layihə haqqında məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, qanuna edilən dəyişilik böyük olmasa da çox əhəmiyyətə malikdir: "Hələ də torpaqların zəbt edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-qanuni yolla dəyişdirilməsi hallarına və torpaq qanunvericiliyinin pozulması hallarına yol verilir. Nəzəriizə çatdırım ki, Torpaq qanunvericiliyini təkmilləşdirmək, bu sahədə pozuntulara görə nəzərdə tutulan cəzaları sərtləşdirmək üçün ötən ilin sentyabr ayında Prezidentin təklifi ilə Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edərək müvafiq qanun qəbul etdi. Qəbul edilən dəyişiklik Cinayət Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə cəza nəzərdə tutur. Müzakirəmizə çıxarılan qanun layihəsi "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklilər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1336-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respubnlikası Prezidentinin 2015-ci il 23 noyabr tarixli 1557 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq hazılanıb. Məqsəd torpaq hüquqpozulmalarına qarşı cəzanın sərtləşdirilməsidir. "Bu Məcəllənin pozulmasına görə məsuliyyət" yeni adla verilən maddənin yeni formasına görə, "Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar".

Müzakirələr zamanı çıxış edən komitə üzvləri layihənin müsbət qiymətləndiriblər.

Sonda layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə