Brent” markalı neft ucuzlaşır, “Texas” nefti isə bahalaşır
Dünyada neftin qiyməti dəyişdi

Dünya bazarlarında neftin qiymətində yenidən geriləmə müşahidə olunur. Hazırda dünya birjalarında "Brent" markalı neftin bir barelinin qiyməti 40.44 dollar təşkil edir.

"WTI" markalı neftin qiymətində isə bahalaşma müşahidə olunur. Ötən gün 39.50 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 39.59 dollar müəyyən olunub.

Ötən həftə keçirilən son hərracda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 42,63 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə