Martın 10-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astarada, Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı ilə isə Göyçayda sahibkarlar və məcburi köçkünlər üçün treninqlər keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müvafiq rayon icra hakimiyyətlərinin dəstəyi ilə keçirilən və "Sənaye və istehsal sahələrinin idarə edilməsi", "Korporativ idarəetmə", "Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqlərdə sənayedə brendləşmənin xüsusiyyətləri, brend məhsulların bazarlara çıxarılması, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, brendlərin dizaynının təkmilləşdirilməsi, Azərbaycan Respublikasının korporativ idarəetmə standartları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznes ideyanın yaradılması, biznes plan və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB