Martın 9-da saat 10-dan 18-dək SOCAR-ın "Qaz İxrac" idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Lökbatan yolayırıcı" və Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ağsu" və "Kürdəmir" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağsu və Kürdəmir rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata gör, aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB