Bank əmanətlərinin ümumi həcmi azalıb

Bank əmanətlərinin ümumi həcmi azalıb

Azərbaycan əhalisinin bank sektorunda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-ci ilin yanvar ayı ərzində 830,6 mln. manat və ya 8,76% azalaraq 2016-cı il fevralın 1-nə 8 643,3 mln. manat təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, keçən ilin analoji dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 1 522 mln. manat və ya 21,37% artıb.

Qeyd edək ki, əhalinin xarici valyutada olan əmanətləri dekabrda baş verən devalvasiya nəticəsində artsa da, yanvarda yenidən əmanətlərin azalması tendensiyası davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə