SOCAR Ceyhan limanı vasitəsilə dünya bazarlarına çıxardığı neftin həcmini AÇIQLAYIB

SOCAR Ceyhan limanı vasitəsilə dünya bazarlarına çıxardığı neftin həcmini AÇIQLAYIB

Fevral ayında Ceyhan limanından təxminən 2,4 milyon ton neft dünya bazarlarına çıxarılıb. Bu barədə SİA-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 2016-cı ilin fevral ayı ərzində 2 milyon 387 min 142 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 342 min 125 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 5 milyon 235 min 233 ton təşkil edib.

Qeyd edək ki, BTC istismara verilən gündən 2016-cı il mart ayının 1-ə qədər Ceyhan limanından 296 milyon 429 min 005 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə