“AtaBank” İdarə Heyətinə yeni sədr təyin olunub

“AtaBank” İdarə Heyətinə yeni sədr təyin olunub

Məlumat üçün bildirmək istəyirik ki, Müşahidə Şurasının 26.02.2016 – cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən, Quliyev Dəyanət Namiq oğlu "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Babaşlı Etibar Əmirxan oğlu "AtaBank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin olunub.

İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda Babaşlı Etibar Əmirxan oğlu bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.

Dəyanət Quliyev 2014-cü ilin sentyabr ayından "Synergy Group" ASC-də rəhbər vəzifələrdə çalışır.

O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlayıb, daha sonra İdarə Heyətinin sədri olub. 2015-ci ilin dekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə