“Cənub Qaz Dəhlizi” layihəsinin region və Avropa üçün dividentləri" Ekspert rəyi

“Cənub Qaz Dəhlizi” layihəsinin region və Avropa üçün dividentləri" Ekspert rəyi

"17 dekabr 2013-cü ildə "Şahdəniz" mədəninin işlənməsinin yeni stadiyası başlandığından sonra "Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyi və strateji əməkdaşlıq kontekstində region və Avropa üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb. Belə ki, ümumi uzunluğu 3500 km. yaxın olan və 2020-ci ilə Avropanın qaz ehtiyacının 20%-dək təmin edə biləcək bu layihə nəinki Azərbaycan, eyni zamanda Avropa üçün prioritet və strateji layihələrdəndir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, resurs təhcizatçısı baxımından - Azərbaycan, Türkmənistan, ehtimal ilə gələcəkdə İraq, İran və Misir, tranzit ölkələr baxımından – Azərbaycan, Gürcüstan, Türkiyə, istehlakçı baxımından - Çənubi və Mərkəzi Avropa ölkələri, kapital investisiyalar baxımından isə ilkin rəqəmlərin 45 mlrd. dollar həcmində olacağı bu layihə miqyaslı layihələrə aid edilməlidir: "Məhz bu nöqteyi-nəzərdən Azərbaycan ölkə başçısı 29 fevral 2016-cı ildə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında layihə haqqında fikir bildirərkən onun əsasən dual xarakterli olduğunu vurğulayıb.

Birincisi – layihə enerji təhlükəsizliyi layihəsidir, ölkələrin milli təhlükəsizliyinin bir komponentidir və enerji təhcizatçılarının perspektivli bazarlar tapmaları üçün önəmlidir. Bu layihə çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda, istehlakçılar arasında maraqlar çox yaxşı tarazlanır. Əlbəttə ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır.

İkincisi - ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir. Avropa İttifaqına üzv olan dövlətlərin üçdə bir hissəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamələri, yaxud sazişləri artıq imzalayıb və ya qəbul edib. Bu, əslində əməkdaşlığımızın mahiyyətini əks etdirir. Beləliklə bu layihə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə