Yeni Aİ - Ukrayna - Gürcüstan - Azərbaycan - Qazaxıstan - Çin konteyner marşrutu ("İpək Yolu") mart ayından tam fəaliyyətə başlayacaq. SİA-nın məlumatına görə, bu barədə "Ukrzaliznıtsya" İSC-nin rəhbəri Aleksandr Zavqorodni məlumat verib.
O bildirib ki, hələ rəsmi start olmayıb: "Vəziyyəti qiymətləndirmək, harada və nə kimi problemlərin olduğunu müəyyənləşdirmək üçün sınaq reysləri həyata keçirilib. Qatarların davamlı hərəkətinə martdan başlamağı planlaşdırırıq. "İpək Yolu" işlək vəziyyətdə olanda biz yükləri Çindən Polşa sərhədinə 11 sutkaya gətirə biləcəyik. Demək olar eyni müddət mallar Rusiyadan daşınarkən də lazım gəlirdi".
Onun sözlərinə görə, nəqliyyat-daşınma xərclərini azaltmaq üçün "Ukrzaliznıtsya" marşrut üzrə özünün iki bərəsini də istifadə etmək niyyətindədir. Cəmiyyət rəhbəri bununla daşınmanın daha ucuz başa gələcəyini, marşrutun daha cəlbedici və rəqabətqabiliyyətli olacağını vurğulayıb.
O, xüsusilə vurğulayıb ki, bu marşrut milli təhlükəsizlik baxımından Ukrayna üçün strateji əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB