Mərkəzi Bankın sədri: "6 bankın lisenziyası ləğv olunub" AÇIQLAMA

Mərkəzi Bankın sədri: "6 bankın lisenziyası ləğv olunub" AÇIQLAMA

"Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Sədr bildirib ki, artıq altı bankın lisenziyası ləğv olunub: "Zəif banklar sistemdən uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlılığı yüksəlib. "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq".

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə