Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Məlumata görə, dünya bazarlarında "Brent" markalı neft 1 dollara yaxın ucuzlaşaraq 33.01 dollara geriləyib.
"WTI" markalı neftin qiymətində də 1 dollara yaxın ucuzlaşma olub. Dünən səhər 30.40 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 29.64 dollar təşkil edir.
Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar ucuzlaşaraq 34,77 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB