Bakı-Tbilisi-Qars xəttindən son məlumat AÇIQLAMA

Nadir Əzməmmədov: “Gürcüstan hissəsində 80 faiz işlər başa çatıb"
Bakı-Tbilisi-Qars xəttindən son məlumat AÇIQLAMA

"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisində Azərbaycan Gürcüstan hissəsinin işlərini həyata keçirir və buna cavabdehdir. Oradakı işlər isə yekunlaşmaq üzrədir". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

O qeyd edib ki, xəttin Gürcüstan hissəsində 80 faiz işlər başa çatıb: "Orada çox az iş qalıb. Bunlar da rabitə-siqnalizasiya və stansiyalarda olan bəzi işlərdir. Bu işlər 2016-cı ilin sonuna qədər yekunlaşdırılacaq və qatarlarımızı xəttə buraxa biləcəyik. Yəni bu ilin sonundan sərhəddə qədər daşıma həyata keçiriləcək. Biz tərəfdə heç bir problem yoxdur".

Mətbuat katibliyinin rəisi bildirib ki, Türkiyə tərəfində isə işlər gecikir: "Türkiyə tərəfindəki gecikməyə biz cavabdeh deyilik. Türkiyənin xarici işlər naziri məlumat verdi ki, oradakı işlərin 2017-ci ilin əvvəlində tamamlanması gözlənilir. Türkiyə tərəfindəki gecikmənin terror hadisələri ilə heç bir bağlılığı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə