Neft yenə ucuzlaşır

Dünya birjalarında neftin qiyməti ucuzlaşmağa başlayıb. Məlumata görə, dünya bazarlarında "Brent" markalı neft 1 dollara qədər ucuzlaşaraq 33.82 dollara geriləyib. "WTI" markalı neftin qiymətində də 1 dollara yaxın ucuzlaşma olub. Dünən səhər 31.28 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 30.40 dollar təşkil edir.

Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 2,34 dollar bahalaşaraq 34,88 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə