Həftənin ilk günü neft ucuzlaşdı

Dünya birjalarında neft həftəyə cüzi ucuzlaşma ilə başlayıb. Məlumata görə, dünya bazarlarında ötən həftə sonu 33.36 dollar olan "Brent" markalı neft bir qədər ucuzlaşaraq 32.83 dollara düşüb.

"WTI" markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən həftə sonu 29.44 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 29.03 dollar təşkil edir.

Ötən həftə sonu "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 2,71 dollar bahalaşaraq 33,14 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə