SOCAR qazma işlərini artırıb

Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9 809 metr qazma işi həyata keçirilib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Bu ilin yanvar ayında həyata keçirilən qazma işləri ötən ilin müvafiq ayına nisbətən 37% artıq olub

Qeyd edək ki, yanvar ayı ərzində qazmadan alınmış 1 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə