Gürcüstanın "2TV" kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. "Azərkosmos" ASC-dən SİA-ya verilən xəbərə görə, Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən The Georgian Public Broadcasting (GPB) şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən "2TV" ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən bu ilin yanvarından etibarən 11095/H/27500 tezliyi ilə yayımlanır.
Qeyd edək ki, "2TV" kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55 faizi tərəfindən izlənilən bu kanal vasitəsilə gürcü dilində ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB