Dünya Bankı 2016-ci il üzrə xam neftin qiyməti ilə bağlı proqnozunu 51 dollar/barreldən 37 dollar/barrelə salıb. Bu barədə Dünya Bankının 3 aydan bir yayımlanan hesabatında məlumat verilir. Bildirilir ki, 2015-ci ildə 47 faiz ucuzlaşan neftin qiyməti 2016-cı ildə daha 27 faiz aşağı düşəcək.
Dünya Bankının aparıcı iqtisadçısı Con Baffes isə neftin qiymətinin daha bir neçə müddət ərzində ucuzlaşacağı qənaətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB