Heydər Əsədov türk iş adamları ilə görüşüb FOTO

Heydər Əsədov türk iş adamları ilə görüşüb FOTO

Bu gün nazir Heydər Əsədov Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmail Alper Coşkun və bir qrup türk iş adamları ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektiv imkanlarının müzakirəsi olub.

Nazir qonaqları səmimi salamlayaraq iki dost və qardaş ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib, ölkə başçısı İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açıb, son vaxtlar ölkəmizdə aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat verib.

Nazir Heydər Əsədov Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını qeyd etmiş və türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv imkanların olduğunu vurğulayıb.

Səfir İsmail Alper Coşkun səmimi qəbula görə təşəkkür edib, Azərbaycan və Türk iş adamları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə