Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 222 mln. nəfərə çatıb.
Bu göstərici ötən il ilə müqayisədə 3% artıb. Ümumilikdə 2015-ci ildə nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,7%-i metronun payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB