Keçən ilin dekabrında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı 32 milyon 180 min barrelədək geriləyib. Bu barədə təşkilatın aylıq hesabatında deyilir. Bildirilir ki, ötən ilin dekabrda OPEC-in xam neft hasilatı noyabr ayı ilə müqayisədə gündəlik 211 min barrel azalaraq 32 milyon 180 min barrel olub. OPEC-ə üzv ölkələr arasında neft hasilatı ən çox Nigeriya, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və Venesuelada azalıb. Həmin ay İran, Liviya və Birləşmiş Ərəb Əmirliklərində isə hasilat artıb.
Hesabata görə, 2015-ci ildə gündəlik 92,92 milyon barrel olan qlobal neft tələbatı bu il gündəlik orta hesabla 1,26 milyon barrel artaraq 94,17 milyon barrel olacaq. Bu il OPEC-in xam neft tələbatı isə 2015-ci illə müqayisədə gündəlik orta hesabla 1,7 milyon barrel artaraq 31,6 milyon barrel təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB