Devalvasiyadan sonra bir neçə gün çörəyin bahalaşması qismən ajiotaja səbəb oldu. Artıq çörəyin də, unun da qiyməti tənzimlənib. Ancaq ötən günlər ərzində qiymətlərin təxribat alətinə çevrilməsinin, spekulyativ təşəbbüslərin şahidi olduq. Halbuki Azərbaycanda çörək də, un da dünyanın əksər ölkələri ilə müqayisədə xeyli ucuzdur.
Azərbaycanda 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. Bu, dollar ifadəsində maksimum 25 sent təşkil edir. Ermənistanda ötən il çörəyin 1 kiloqramının orta qiyməti 529 dram olub. Bu, 1 dollar 9 sentə bərabərdir. Rusiyada 500 qramlıq çörək 18 rubl, 700 qramlıq çörək 24 rubla satılır. Bu, təxminən 30 sentə bərabərdir. Gürcüstanda 500 qramlıq çörək 70-80 tetriyə satılır. Bu da təxminən 30 sentə bərabərdir. Türkiyədə 250 qram çörəyin orta qiyməti 1 tl, yəni 32 sentdir. İstanbulda ən ucuz çörəyin 300 qramı 60 kuruşa, yəni, təxminən 19 sentə satılır.
Çörəyin qiyməti Belarusda 46 sent, Səudiyyə Ərəbistanında 64 sent, Xorvatiyada 80 sent, İrlandiyada 95 sent, İndoneziyada 1 dollar 11 sent, Portuqaliyada 1 dollar 17 sent, Fransada 1 dollar 28 sent, Avstraliyada 1 dollar 53 sent, İsveçrə və İtaliyada 2 dollar 50 sent, Norveçdə isə 3 dollar 9 sentdir.
Əhalinin büdcəsinin böyük hissəsi həm də nəqliyyat xərclərinə sərf olunur. Şəhər sakinlərinin ən çox istifadə etdikləri ictimai nəqliyyat metro sayılır. Bakıda metroda 1 gediş üçün 20 qəpik, yəni dollar ifadəsində 13 sent tələb olunur. Yerevanda gediş haqqı 100 dram, yəni 24 sent, Tbilisidə 0,5 lari, yəni 21 sentə bərabərdir. İstanbul metrosunda birdəfəlik gediş üçün jeton 3 tl-ə satılır. Bu da dollar ifadəsində təxminən 97 sentə bərabərdir. Moskvada isə metroda bir gediş 60 sentə başa gəlir.
Metroda gedişhaqqı Seulda 1 dollar 14 sent, Sinapurda 1 dollar 18 sent, Tokioda 1 dollar 76 sent, Parisdə 1 dollar 96 sent, Berlində 2 dollar 45 sent, Nyu Yorkda 2 dollar 50 sent, Sürixdə 2 dollar 75 sent, Londonda 4 dollar 80 sentə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB