Paytaxtın atmosfer havasının çirklənməsinin öyrənilməsinə dair fasiləsiz monitorinqin keçirilməsi məqsədilə üçüncü nəsil avtomatik stansiyalar kompleksinin və radiasiya, səs-küy, vibrasiya, toz və qazların miqdarının ölçülməsi məqsədi ilə 6 ədəd avtomatik portativ cihazın alınaraq qurulması istiqamətində işlər aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, ötən il ətraf mühitin monitorinqi istiqamətində atmosfer havası, yağıntılar, səth suları, torpaq və radiasiya fonu üzrə ümumilikdə 98 min 108 nümunə üzərində 125 min 435 analiz edilib.
Xəzər dənizinin Azərbaycan sektorunda 4 min 775 nümunə üzərində 52 min 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb. "Günəşli" yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədi ilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda bu işlər davam etdirilir. Aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB