Dünya bazarlarında qızılın və gümüşün qiyməti isə bahalaşıb
Neftin bu günə qiyməti

Dünya bazarlarında neftin qiymətində cüzi ucuzlaşma olub. Dünən 31.14 dollar olan "Brent" markalı neftin qiyməti bir neçə sent ucuzlaşaraq 30.31 dollar olub. "Texas" markalı neftin qiyməti də bir qədər ucuzlaşıb. Belə ki, ötən gün səhər 30.84 dollar olan "Texas" (WTI) markalı neftin bir barelinin qiyməti 30.66 dollara düşüb.

"AzəriLayt" markalı neft isə 0.89 dollar ucuzlaşıb. Bir barelin qiyməti 31,92 dollar təşkil edib.

Qızılın qiymətində isə cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qiymətli metalın 1 qramı 35,15 dollardır. Ötən gün isə 34,87 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.45 dollar müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə