Emin Əliyev: “Ukrayna təqaüdçüləri vergiyə cəlb edəcək” AÇIQLAMA
"Beynəlxalq Valyuta Fondunun (BVF) təşəbbüsü və təkidi ilə Ukraynanın Ali Radası vergi islahatlarını sürətləndirərək yeni vergi qanununu qəbul etdi. Bu qanunun qəbul edilməsi ilə Ukrayna və BVF arasında əməkdaşlıq, eləcə də fondun maliyyə dəstəyinin davam etdirilməsi mütləq şərtlərdən biri olub. Belə ki, təqaüd alan şəxsin təqaüdü üç minimal əmək haqqından (3990 grivna və ya 153 ABŞ dolları) artıq olarsa, bu şəxs vergiyə cəlb olunaraq 15% həcmində vergi ödəməli olacaq. Vergi qanununun qəbul olunmasının lehinə isə Radanın 251 üzvü səs verib". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Ekspertin sözlərinə görə, bununla yanaşı, qanunvericiliyə "lyuks" vergisi anlayışı əlavə olunub: "Belə ki, 1.06 milyon qrivnadan bahalı olan nəqliyyat vasitələrinin, habelə 300 kvadrat metrdən artıq olan mənzillər və 500 kvadrat metrdən artıq olan yaşayış evlərinin sahibləri bu vergiyə cəlb olunacaqlar. 23 dekabr tarixində Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə telefon danışıqında ABŞ maliyyə naziri Ceykob Lyu bildirib ki, Ukraynanın 2016-cı il üçün dövlət büdcəsi dekabr ayının sonunadək qəbul edilməlidir. Əks tədqirdə beynəlxalq maliyyə yardımı dayandırıla bilər. Analoji bəyanat ilə o, 18 dekabr tarixində BVF da çıxış edib.
E.Əliyev əlavə edib ki, vergi qanununun qəbul olunması BVF-nin büdcə gəlirlərini artırmaq üçün Ukrayna qarşısında olan əsas tələblərdən biridir: "İslahatlar BVF-nin tövsiyyələrinə uyğun keçirilsə, 4 il ərzində BVF Ukraynanı 17.5 milyard dollar həcmində kreditlə təmin edəcək. Təkcə 2015-ci ildə Ukrayna beynəlxalq donorundan artıq 6.7 milyard dollar alıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB