"Son illər ərzində Azərbaycan manatının qiymətindən daha çox dəyərləndirilməsi tendensiyası müşahidə olunurdu. Buna əsas səbəb kimi yüksək neft gəlirlərindən əldə olunan vəsaitləri göstərmək mükündür. Lakin, ucuz neft, iqtisadi turbulentlik şəraitində bu cür tendensiya ölkə resurslarına və ilk öncə mərkəzi bankın rezervlərinə cox böyük yük idi". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın intervensiyaları hələ müəyyən müddət də davam edə bilərdi, lakin bu proses nəticədə rezervlərin tükənməsi ilə nəticələnə bilərdi: "Ümumilikdə, valyuta kursları bir-birləri ilə mütənasibdə mövcuddurlar. Bu proporsiyalar da ticarət əməliyyatları üçün istifadə olunur. Yəqin ki, Rusiyadakı devalvasiya hadisələri hamının xatirindədir. Çoxlu sayda yerli istehlakçı rublun ucuz olduğu üçün Rusiyadan məişət texnikası, avtomobil, ərzaq və sair malları almaq üçün bu ölkəyə getdilər və bu tendensiya uzun müddət davam etdi. Lakin bunu etməklə, yerli istehsalçılar unuduldu. Onlar da vergilər və maaşlar ödəyir, iş yerlərini qoruyurlar. Ümumilikdə ölkə iqtisadiyyatı üçün devalvasiya müəyyən risklər daşıyır".
E.Əliyev əlavə edib ki, bunların arasında inflyasiya templərinin artması, daxildə istehlak qabiliyyətinin və qısamüddətli planda inkişaf templərinin azalmasıdır: "Beləliklə, manatın kursunun tənzimlənməsi aşagıdakılara gətirib çıxarırdı:
Manatın kursunu ABŞ dollarına nisbətdə 1.05 səviyyəsində saxlamaq üçün Mərkəzi Bank son bir il ərzində 10 milyard ABŞ dollarına qədər vəsait xərcləyib. Ölkə rezervlərinin azalması isə beynəlxalq reytinq şirkətlərinin Azərbaycanın reytinqini aşağı sala bilər.
Ölkə reytinqi isə nə qədər aşağı olarsa xaricdən pulun borclanması bir o qədər çətin olur. Misal üçün, əgər Azərbaycan şirkətləri xaricdən pulu 6-9% cəlb edə bilirsə, Polşa kimi ölkə bunu 3% edə bilər. Bahalı pullar isə – iqtisadiyyat üçün daha az kredit və daha az inkişaf deməkdir. Bununla yanaşı, idarəolunan milli valyuta kursu Azərbaycan mallarının dünya bazarlarında daha az rəqabətli olmasına gətirib çıxarır.
Manatın sərbəst buraxılması isə:
* Eksportun artmasına
* Qızıl və valyuta rezervlərinin qorunmasına
* Xarici ticarət balansının yaxşılaşmasına
* Büdcəyə pul axınının artmasına
* İstehlak bazarının canlanmasına
* Müəssisələrdə iş yerlərinin saxlanılmasına
* Yerli istehsal mallarına təlabatın artmasına gətirib çıxarır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB