Mülki Məcəllədə dəyişiklik edildi

Mülki Məcəllədə dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib. O bildirib ki, dəyişikliyə əsasən, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə qırx doqquz ildən çox ola bilməz.

Dəyişiklik müzakirə olunduqdan sonra səsverməyə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə