“AtaSığorta” Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib

“AtaSığorta” Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib

"AtaSığorta" ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib. Şirkətin Marketinq və Kommunikasiyalar şöbəsi tərəfindən verilən məlumata görə İSB-nin iştirakçı sığorta şirkəti olan "AtaSığorta" ASC 16 dekabr 2015-ci il tarixində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrindən Çıxarışı almışdır.

"İcbari Sığortalar haqqında" qanunun 50-2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 32 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə