"Yaxın gələcəkdə manat ucuzlaşacaq, devalvasiya qaçılmaz olacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev manatın dollarla münasibətdə məzənnəsini şərh edərkən deyib.
O bildirib ki, Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələrinin qaldırılması ilə nəticələnən qərarı dünya ölkələrinə, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcək: "Hazırda dollar digər valyutalara nisbətən bahalaşır. Lakin bu Azərbaycana birbaşa təsir etmədi. Çünki manatın məzənnəsi bazar tərəfindən deyil, Mərkəzi Bank tərəfindən müəyyən edilir.
Digər tərəfdən bunun Azərbaycan üçün sosial tərəfdən xeyri, iqtisadi cəhətdən ziyanı var. Çünki digər valyutalar dollara nisbətən ucuzlaşır və xaricdən gətirilən mallar da əvvəlkinə nisbətən ucuzlaşır. İqtisadi cəhətdən ziyanı isə ondan ibarətdir ki, xarici mallar ucuzlaşan zaman yerli mallar rəqabət edə bilmir. Bu da yerli sahibkarlara ziyan vurur".
Ekspertin sözlərinə görə yaxın gələcəkdə manat ucuzlaşacaq və devalvasiya qaçılmaz olacaq: "FED-in uçot dərəcəsini qaldırmasının Azərbaycana birbaşa təsiri yoxdur. Lakin bu dolların bahalaşması, manatın isə devalvasiyaya uğraması deməkdir. Digər bir tərəfdən dolların bahalaşması, neftin isə ucuzlaşması manat üçün əlavə təzyiq yaradır. Bu da gələcəkdə manatın ucuzlaşması və devalvasiyaya uğraması məsələsini yenidən gündəmə gətirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB