Cavid Qurbanov: "Çalışacağıq ki, reytinqi düzəldək" AÇIQLAMA

Cavid Qurbanov: "Çalışacağıq ki, reytinqi düzəldək" AÇIQLAMA

Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin Səhmdar Cəmiyyətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, C. Qurbanov jurnalistlərə açıqlamasında dəmir yollarının uzunmüddətli kredit reytinqinin aşağı salınmasının neqativ hal olduğunu qeyd edib.

O, reytinqi düzəltməyə çalışacaqlarını qeyd edib: "Reytinqin birdən-birə aşağı salınmasını başa düşmürəm. Reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Nə dəyişib ki, agentliklər reytinqi aşağı salıblar? Bu, neqativ haldır. Çalışacağıq ki, reytinqi düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Biz inkişaf etməyə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə