Bu gün Vergilən Nazirliyində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov görüşün əsas məqsədinin vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı KİV-ləri məlumatlandırmaq, ortaya çıxan suallara aydınlıq gətirməkdən ibarət olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadiyyat 20 ildən artıq dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf yolu keçib, vergi ödəyicilərinin sayı artaraq ölkədə sahibkar təbəqəsi formalaşıb və bu təbəqə iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilib. Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə edilmiş dəyişiklillərlə bağlı KİV nümayəndələrini məlumatlandırıb. Sonra Nazirliyin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə və digər hüquq-normativ aktlara dəyişiklilərin əsas istiqamətləri ilə bağlı KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB