Dünən sosial şəbəkələrdə yayılan bir şəkil hər kəsin təəccübünə səbəb olub. Şəkildəki məhsul ayın 13-ü alınıb, ancaq üzərində istehsal tarixi dekabrın 14-ü- yəni bu gün göstərilib. İstehsal tarixi 14 dekabr göstərilsə də, istehlakçılar bu məhsulu ayın 13-ü yedilər... Üzərindəki tarixə görə bu gün istehsal edilən dovğanı dünən içən Mətin Rəhimli şəklini çəkərək sosial şəbəkələrdə paylaşdı...
"Gələcəyin dovğası" ilə bağlı istehsalçı şirkət - "Uzun ömür-süd məhsulları" MMC ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi bildirdi ki, bu, əsassız iddiadır. Şəkli çəkən şəxs isə yas mərasimindəki bütün dovğaların üzərində istehsal tarixinin eyni cür göstərildiyini deyir.
İddia doğrudursa, bu birbaşa istehlakçıların aldadılması deməkdir. İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, istehlakçıların aldadılmasına görə fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə üç min manat miqdarında cərimə edilir. Cinayət Məcəlləsinə əsasən isə, bu əməli törədən şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB