Rusiya ilə Türkiyə arasından yaranan gərginlikdən sonra Türkiyədən Qazaxıstana gedən yük maşınları tranzit ölkə kimi Azərbaycandan istifadə edir ki, buda Bakı Dəniz Ticarət Limanında sıxlıqa səbəb olub. Yüzlərlə yük maşını günlərdi limanda gözləyir.
Bakıdan Qazaxıstanın Aktau limanına yük maşınlarının daşınmasında yaranan sıxlıqın aradan qaldırmaq üçün Qazaxıstan tərəfi ilə danışıqlar aparılır.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən aparılan danışıqların əsas məqsədi isə Aktau limanından gəmilərin qəbul edilməsini sürətləndirməkdir.
Sıxlıqın artmasına əsas səbəb kimi bir neçə gündür havanın kəskin pis olması göstərilir. Bundan başqa Aktau limanında bərələrin gec qəbul olunmasıda sıxlıq yaradır ki, danışıqlardan sonra bu problemin aradan qalxacağı gözlənilir.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən verilən məlumata görə isə Yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmi yenidən istismara qaytarılıb, bərə reyslərinin sayı artırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB