Emin Əliyev: “Neft səhmdarları 240 milyard dollar itirdilər" AÇIQLAMA

Emin Əliyev: “Neft səhmdarları 240 milyard dollar itirdilər" AÇIQLAMA

"OPEC-in 4 dekabrda kvotalar ilə əlaqədar yaddaqalan qərarları ilə keçirdiyi iclasdan bugünədək neft şirkətlərinin ümumi zərəri 240 milyard ABŞ dolları təşkil etdi. Toplantının əsas nəticəsi o oldu ki, kartel üzvləri mövcud kvotaların azalmasının əleyhinə səs verdilər". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, məhz o gündən neft sahəsi şirkətlərinin kapitalizasiyası 240 milyard dollar azaldı: "Bloomberq məlumat verir ki, əgər 3 dekabr 2015-ci il tarixdə, yəni OPEC toplantısından 1 gün əvvəl neft hasilatı, istehsalı, nəqli, kəşviyyatı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərin ümumi dəyəri 3.96 trilyon dollar təşkil edirdisə 4 dekabrda bu rəqəm 3.72 trilyon dollaradək azaldı".

E.Əliyev deyib ki, ən böyük zərərlə "PetroChina" (17 miliyard dollar), "ExxonMobil" (11 miliyard dollar) şirkətlərinin səhmdarları üzləşdilər: "Artıq 18 aydan çoxdur ki, neft öz dəyərini itirməkdə davam edir. Bu tsikl son onillik ərzində müşahidə olunan ən uzunmüddətli tsikl olub ki, onun təsiri nəticəsində neft şirkətləri öz xərclərini azaldır, əməkdaşlarını ixtisar edir və layihələrin maliyyələşdirilməsini təxirə salırlar. "MSCİ" fond indeksinə daxil olan neft şirkətləri autsayderlər arasında hətta lider mövqelərinə sahib oldular. Neftin qiyməti azaldıqca, neft şirkətlərinin sektorlarına investisiyalar da məhdudlaşır. Neftin qiyməti 40 dollar təşkil edəndə isə bu göstəricilər bir az da qabaracaq. "Chevron" şirkətinin məlumatına görə 2016-cı il üçün neft nəhənginin büdcəsi 2015-ci il ilə müqayisədə 24% azalacaq. "ConocoPhillips" isə özünün kapital qoyuluşlarını 25% azaldacaq. "Eni" başçısının fikrincə isə 2016-cı ildə neft industriuasında xərclərin 200 miliyard dollar azalacağı proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə