Tamerlan Vahabov: “Böyük İpək yolunun bərpasına ciddi yanaşılır” MÜNASİBƏT

Tamerlan Vahabov: “Böyük İpək yolunun bərpasına ciddi yanaşılır” MÜNASİBƏT

"Çin bir neçə il öncə Böyük İpək Yolu iqtisadi kəmər layihəsininin təşəbbüskarı olub". Bu fikirləri SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Böyük İpək yolunun bərpa perspektivlərinə münasibətində deyib.

Onun sözlərinə görə, tarixi İpək yolunda bizim ölkəmiz də mühüm yerlərdən birini tutur: "Cənab Prezidentimizin də qeyd etdiyi kimi, bu kəmər vasitəsilə ölkəmizin mövqeyindən və həyata keçirdiyi infrastruktur layihələrindən Çinin istehsal potensialı bəhrələnə bilər. Qeyd edilməlidir ki, burada sadəcə Azərbaycanın coğrafi mövqeyi deyil, həmçinin Ələtdə yerləşən Beynəlxalq Bakı Dəniz Ticarət Limanı kimi mühüm logistik-liman-ticarət bazasının yaradılması ölkəmizin bu işə ciddi yanaşdığından xəbər verir. Limanda işlər davam edir və oraya yeni, müasir və strateji düşüncəyə malik rəhbərlik təyin edilib".

Tamerlan Vahabov xüsusilə vurğulayıb ki, bunun reallaşmasını istəməyən qüvvələr də mövcuddur: "Azərbaycanın ənənəvi rəqibi və işğalçı ölkə Ermənistan Azərbaycanın uğurlarından heç zaman məmnun olmayıb. Bu halda da Ermənistan Avropada və dünyanın digər yerlərində olan lobbi qruplarından ölkəmizə böhtançı layihələr irəli sürməkdə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə