Tranzit yükdaşıma tariflərinə güzəştlər tətbiq edilə bilər CƏDVƏL
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasından SİA-ya verilən məlumata görə, Şura tərəfindən "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib.
Tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir (cədvəllər əlavə olunur).
Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxıla bilər.
Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır.
Yeni tariflər 3 dekabr 2015-ci il tarixdən qüvvədədir.
Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yükdaşımalar üzrə iştirakçıların, nəqliyyat müəssisələrindən, daşıyıcılardan, habelə nəqliyyat xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, maraqlandıqları məsələlər, qarşılaşdıqları problemlərlə bağlı Şuranın ofisinə (ünvan: Bakı şəhəri AZ1025, Xocalı prospekti 37, "Demirchi Tower", telefon: 488-80-38; faks: 488-80-48; e-mail: [email protected]) müraciət edə bilərlər.
Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi
|
İstiqamətlər |
Məhsullar |
Ölçü vahidi |
Tariflər (ABŞ dolları) |
|
|
1. |
Dübəndi - Böyük Kəsik |
Xam neft |
ton |
12,00 |
|
2. |
Ələt - Böyük Kəsik |
ton |
11,00 |
|
|
3. |
Bakı - Böyük Kəsik |
ton |
11,50 |
|
|
4. |
Səngəçal - Böyük Kəsik |
ton |
11,00 |
|
|
5. |
Yalama - Böyük Kəsik |
ton |
15,20 |
|
|
6. |
Qaradağ - Böyük Kəsik |
ton |
11,00 |
|
|
7. |
Dübəndi - Böyük Kəsik |
Mazut |
ton |
13,00 |
|
8. |
Ələt - Böyük Kəsik |
ton |
12,00 |
|
|
9. |
Bakı - Böyük Kəsik |
ton |
12,50 |
|
|
10. |
Səngəçal - Böyük Kəsik |
ton |
12,00 |
|
|
11. |
Yalama - Böyük Kəsik |
ton |
15,20 |
|
|
12. |
Yalama - Dübəndi |
ton |
12,27 |
|
|
13. |
Böyük Kəsik - Ələt |
Reaktiv mühərrik yanacağı |
ton |
18,00 |
|
14. |
Dübəndi - Böyük Kəsik |
Digər neft məhsulları |
ton |
14,00 |
|
15. |
Ələt - Böyük Kəsik |
ton |
13,00 |
|
|
16. |
Bakı - Böyük Kəsik |
ton |
13,50 |
|
|
17. |
Səngəçal - Böyük Kəsik |
ton |
13,00 |
|
|
18. |
Yalama - Astara |
ton |
14,51 |
|
|
19. |
Dübəndi - Astara |
ton |
10,61 |
|
|
20. |
Ələt - Astara |
ton |
15,05 |
|
|
21. |
Bakı - Astara |
ton |
10,12 |
|
|
22. |
Yalama - Böyük Kəsik |
ton |
17,00 |
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, həmçinin Azərbaycan Respublikasının rezidenti və filial və nümayəndəliyi olan qeyri-rezidenti tərəfindən istismar edilən xarici dövlətlərin bayrağı altında üzən gəmilər vasitəsilə neft və neft məhsullarının tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi
|
|
İstiqamətlər |
Daşıma növü |
Məhsullar |
Ölçü vahidi |
Tariflər (ABŞ dolları) |
|
1. |
Alaca - Səngəçal |
Tanker |
Xam neft |
ton |
11,00 |
|
2. |
Alaca - Dübəndi |
ton |
11,00 |
||
|
3. |
Alaca - Bakı |
ton |
11,00 |
||
|
4. |
Kianlı - Səngəçal |
ton |
10,00 |
||
|
5. |
Kianlı - Dübəndi |
ton |
10,00 |
||
|
6. |
Kianlı - Bakı |
ton |
10,00 |
||
|
7. |
Okarem - Səngəçal |
ton |
11,00 |
||
|
8. |
Okarem - Dübəndi |
ton |
11,00 |
||
|
9. |
Okarem - Bakı |
ton |
11,00 |
||
|
10. |
Aktau - Dübəndi |
ton |
11,50 |
||
|
11. |
Aktau - Bakı |
ton |
12,00 |
||
|
12. |
Aktau - Səngəçal |
ton |
12,50 |
||
|
13. |
Oğuzxan - Səngəçal |
ton |
10,00 |
||
|
14. |
Oğuzxan - Dübəndi |
ton |
10,00 |
||
|
15. |
Oğuzxan - Bakı |
ton |
10,00 |
||
|
16. |
Türkmənbaşı - Bakı |
Mazut |
ton |
11,00 |
|
|
17. |
Türkmənbaşı - Səngəçal |
ton |
11,00 |
||
|
18. |
Türkmənbaşı - Dübəndi |
ton |
11,00 |
||
|
19. |
Aktau - Dübəndi |
ton |
11,50 |
||
|
20. |
Aktau - Səngəçal |
ton |
12,50 |
||
|
21. |
Aktau - Bakı |
ton |
12,00 |
||
|
22. |
Türkmənbaşı - Bakı |
Digər neft məhsulları |
ton |
12,00 |
|
|
23. |
Türkmənbaşı - Səngəçal |
ton |
12,00 |
||
|
24. |
Türkmənbaşı - Dübəndi |
ton |
12,00 |
||
|
25. |
Okarem - Bakı |
ton |
14,00 |
||
|
26. |
Türkmənbaşı - Bakı |
Bərə |
Dolu vaqon |
p/m |
68,00 |
|
27. |
Aktau - Bakı |
p/m |
81,00 |
Neft və neft məhsullarının tranzit daşınması ilə bağlı dəniz terminalları tərəfindən göstərilən yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi
|
Məhsullar |
Ölçü vahidi |
Tariflər (ABŞ dolları) |
|
|
1. |
Xam neft |
ton |
8,0 |
|
2. |
Mazut |
ton |
9,0 |
|
3. |
Digər neft məhsulları |
ton |
10,0 |
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



