Vitse-prezident: "Hadisənin təxribat olduğu inandırıcı deyil"

Vitse-prezident: "Hadisənin təxribat olduğu inandırıcı deyil"

"Hazırda faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün səylərini davam etdirirlər. Eyni zamanda itkin düşmüş insanların axtarışları da davam etdirilir". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.

Vitse-prezident sosial şəbəkələrdə hadisənin təxribat nəticəsində baş verdiyi barədə məlumatların yayılmasına da münasibət bildirib: "Hadisənin təxribat olduğu inandırıcı deyil. Bununla bağlı yaradılan dövlət komissiyası araşdırmalar aparır. Yekun rəy ictimaiyyətə çatdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə