"Bütün Qazanxanalar təbii qazla tam təmin edilib" RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi "Azəristiliktəchizat" ASC-nin bütün qazanxanalarını təbii qazla tam təmin edib. SİA-nın xəbərinə görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Azəristiliktəchizat"ın "Azəriqaz"a olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib: "Artıq borcun bir hissəsi ödənilib. Ümumi borc isə hər iki qurum tərəfindən müəyyənləşdirilən qrafikə uyğun ödəniləcək".
Ə.Hacıyev deyib: "Bundan sonra qazanxanalara təbii qazın verilişində heç bir məhdudiyyət olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB