Azərbaycan və Çin dəmir yolları arasında əlaqələr genişlənir
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla Çin Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, keçirilən görüşdə C. Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən yenidənqurma işləri, 3 avqust 2015-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin Xalq Respublikaları arasında start götürən konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyi, tanzit olaraq daşınan yüklərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və digər məsələlər barədə danışıb.
Sonra Çin Dövlət Dəmir Yolları haqqında məlumat verilib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB