"Vəsaitlərin banka və ya iqtisadiyyatın digər sektorlarına yatırılmaması müsbət hal deyil". Bu sözləri SİA-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O, imkanlı şəxslərin öz vəsaitlərini banka və ya iqtisadiyyatın digər sektorlarına yatırmamasını mənfi göstərici kimi qiymətləndirib. İqtisadçının sözlərinə görə, bu, iqtisadiyyata müəyyən dərəcədə mənfi təsir göstərir: "İş adamlarının, sahibkarların öz vəsaitlərini banka və ya iqtisadiyyatın digər istiqamətlərinə yatırmaması müsbət hal deyil. Bu, iqtisadiyyatın inkişafına müəyyən dərəcədə mənfi təsir göstərir və iqtisadiyyatımız həmin vəsaitlərdən yararlana bilmir. Həmin vəsaitlərin banklara və iqtisadiyyatın digər istiqamətlərinə yönəldilməsi yeni dəyərlərin yaranmasına və formalaşmasına imkan yarada bilər".
Vüqar Bayramovun fikrincə həmin vəsaitlərin iqtisadiyyata yönəldilməməsi yeni dəyərin formalaşmasına imkan vermir: "Əgər bu vəsaitlər aktiv şəkildə iqtisadi dövriyyədə iştirak etsə, bu, ölkədə yeni iş yerlərinin yaranmasına da şərait yara bilər. Eyni zamanda bu, Azərbaycan iqtisadiyyatına böyük xeyir gətirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB