Vüqar Bayramlı: “Əmlak vergisini Vergilər Nazirliyinin yığması məqsəduyğundur” EKSPERT RƏYİ
"Əmlak vergisi bələdiyyələrin əsas gəlir mənbələrindən biri kimi çıxış edir". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramlı deyib. Ekspert bildirib ki, bələdiyyələr əsas gəlir mənbəyi olan əmlak vergisini tam şəkildə yığa bilmirdilər: "Vergilər Nazirliyinin bu məsələyə müdaxiləsi gözlənilən idi. Əmlak vergisinin Vergilər Nazirliyi tərəfindən yığılması daha məqsədəuyğundur. Bunun üçün Nazirliyin kifayət qədər təcrübəsi və mexanizmi mövcuddur. Belə olan halda həm verginin tam şəkildə və vaxtı-vaxtında yığılması reallaşacaq, həm də vergidən yayınma halları minimuma endiriləcək. Bələdiyyələrin gəlirləri isə kifayət qədər azalacaq. Onların imkanlarının artırılmasına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB