2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılıb

2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi 3 dəfə artırılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. SİA-nın xəbərinə görə, sənədə əsasən, Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 4,5 milyard manata qaldırılıb.

Dəyişiklik 2015-ci il iyulun 15-dən tətbiq edilir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat idi.

Bütün xəbərlər Facebook səhifəmizdə