Mərkəzi Bankın nizamnamə kapitalı 500 milyon manata qaldırılıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. SİA-nın xəbərinə görə, dəyişikliklə Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdan 500 milyon manata qaldırılıb.
Həmçinin, sənədə əsasən, Mərkəzi Bankın funksiyalarına ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib etmək, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin etmək məsələsi də daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB