Noyabrın 24-də Ağdaş, Yardımlı, Yevlax və Goranboy rayonlarının daha 8 kəndinə təbii qaz verilib. SİA-nın SOCAR-ın saytına istinadənm verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağdaş rayonunda keçirilən tədbirdə bildirilib ki, 210 abonenti olan Qoşaqovaq kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39327 metrlik müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Yardımlı rayonunun 120 abonentlik Bürzümbül kəndinin ilk dəfə qazlaşdırılması münasibəti ilə keçirilmiş tədbirdə qeyd olunmuşdur ki, bu məqsədlə 11395 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
24 noyabr tarixi yevlaxlılar üçün də əlamətdar olub. Belə ki, rayonun 105 abonenti olan Aşağı Bucaq kəndinə ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 13527 metrlik daşıyıcı və məhəllədaxili metal boru xətləri çəkilib, abonentlər sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.
Həmin gün Goranboy rayonunun Veyisli yaşayış massivi və Əzizbəyov kəndi ilk dəfə qazlaşdırılıb, Azad, Dəyirmanlar və Bağçakürd kəndlərinin qaz təchizatı isə bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirlərdə bildirilib ki, ümumilikdə 1002 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında təxminən 62,6 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1002 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edənlər yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB