ARDNF gələn il də aktivlərini hazırkı səviyyədə saxlayacaq
Azərbaycan Dövlət Neft Fondu ARDNF) 2016-cı ildə aktivlərini hazırkı səviyyədə saxlayacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə Fondun Risklərin idarə edilməsi Departamentinin rəhbəri Bəhruz Bəhramov bu gün fondda keçirilən seminarda məlumat verib. ARDNF rəsmisi qeyd edib ki, gələn il Fonddan dövlət büdcəsinə transfertlərin həcmi 6 mlrd. manat həcmində nəzərdə tutulub. Amma növbəti illərdə bu azaldıla bilər ki, bu da aktivlərin qorunmasına yönəldilib. Tansfertlər azaldılmaqla yığıma yönəldiləcək".
Xatırladaq ki, 2015-ci il oktyabrın 1-nə ARDNF-in məcmu aktivləri ilin əvvəlinə nisbətən 6,4% azalaraq 34,738 mlrd. dollara bərabər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB