"Azərişıq" ASC-nin Ucar, Siyəzən və Sabirabad rayonlarında tikilən inzibati binaları abonentlərin istifadəsinə verilib. SİA-nın xəbərinə görə, Səhmdar Cəmiyyətdən bildirilib ki, ofis binalarında işçilər üçün lazımi şərait mövcuddur. İş otaqları avadanlıqla yanaşı, kompyuter texnikası və internetlə də təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq, burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün otaqlar yaradılıb.
İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Hazırda "Azərişıq" ASC tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 18 rayonda yeni inşa olunmuş inzibati binalar istifadəyə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB