Mobil cihazların e-qeydiyyatı xidmətindən istifadə sayı artıb
Oktyabr ayında elektron qaydada qeydiyyatdan keçirilən mobil cihazların sayı sentyabr ayı ilə müqayisədə 12,3 faiz artıb. Rabitə və Yüksək Texnologiyalar Mərkəzinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay "Elektron hökumət" portalı üzərindən qeydiyyatdan keçirilən mobil cihazların sayı 55598 ədəd olub.
Elektron qeydiyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi "Mobil cihazların qeydiyyatdan keçirilməsi" xidməti vasitəsi ilə həyata keçirilir.
E-xidmət vətəndaşlara xarici ölkələrdən aldıqları mobil cihazları asan şəkildə qeydiyyatdan keçirmək və onlayn ödəniş etmək imkanını verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB