SOCAR büdcəyə 136 milyon 31 min manat vəsait ödəyib

SOCAR 2015-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 31 min manat vəsait ödəyib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, ümumiyyətlə 2015-ci ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 271 milyon 276 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 194 min manat vəsait köçürüb.

2015-ci ilin yanvar-oktyabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 115 milyon 417 min manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə