Noyabrın 10-da "Neftçilər günü" peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri fərmanı ilə təltif olunmuş Baş ofisin bir qrup əməkdaşına mükafatların təqdim edilməsi mərasimi keçirilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan akademik Xoşbəxt Yusifzadə əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini xüsusi vurğulayıb.
Akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, SOCAR rəhbərliyi hər zaman neftçilərin əmək fəaliyyətini yüksək qiymətləndirir. Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neftçilərinin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini bildirib, SOCAR rəhbərliyi adından təltif olunanları təbrik edib, onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb. Sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Fəxri fərmanları təltif olunanlara təqdim ediblər.
Qeyd edək ki, SOCAR prezidentinin 16 sentyabr 2015-ci il tarixli müvafiq əmri ilə şirkətin idarə və müəssisələrində çalışan 117 nəfər, o cümlədən Baş ofisdə işləyən 27 nəfər əməkdaş Fəxri fərmana layiq görülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB