Yeni tikililərin eyvanlarına quraşdırılan şüşə konstruksiyaların mümkün təhlükələri barədə xəbər vermişik. Amma nədənsə şəhərdə bu tip konstruksiyalar azalmaqdansa, daha da çoxalır. Mütəxəssislər isə bununla bağlı xəbərdarlıq edirlər. Təhlükə mənbəyi olsa da, paytaxtda son illər quraşdırılması dəbə minmiş bu tip şüşə konstruksiyaların sayı günbəgün artır. Çoxsaylı reklamlar da buna təkan verir.
Amma mütəxəssislər deyirlər ki, düzgün və yerində quraşdırılmasa, bu tip konstruksiyalar olduqca təhlükəlidir. Nəzərə alsaq ki, qarşıdan qış ayları, bununla da güclü küləklər dövrü gəlir, onda məsələ bir qədər də aktuallaşır.
Ən böyük təhlükə isə paytaxtın nisbətən yüksək məsələn Yasamal, Əhmədli kimi ərazilərindədir. Özü də ki, əgər bu tip konstruksiyalar binaların şimalındakı eyvanlarında quraşdırılırsa, xüsusi ilə diqqətli olmaq lazımdır. Çünki, məlum məsələdir ki, burada külək daha güclü olur.
Bəzi binalarda eyvanların divarları nazik olduğundan belə yerlərə şüşə konstruksiyanın quraşdırılması daha da təhlükə olur. Bu isə o deməkdir ki, güclü küləyin təsirindən həmin konstruksiya hər an dağıla və ətrafdakı insanlara zərər vura bilər. Amma təhlükənin digər tərəfi də var. Bəzən faciəyə insan faktoru da səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB