Doktor Qiyamət ləqəbi ilə tanınan məşhur investor Mark Faber xəbərdarlıq edib

Doktor Qiyamət ləqəbi ilə tanınan məşhur investor Mark Faber aktivlərin qiymətlərində "köpük" yarandığını bildirərək, gəlirlərin məyusluq yaradacağı barədə xəbərdarlıq edib.

Faber, ABŞ Mərkəzi Bankı Fedin Avropa Mərkəzi Bankı, İngiltərə Mərkəzi Bankı və Yaponiya Mərkəzi Bankı ilə çox böyük bir "köpük" yaratdığını ifadə edib.

Pimco-nun sabiq rəhbəri Mohamed El-Erian və Nobel mükafatlı iqtisadçı Robert Shiller də yaxın zamanda oxşar xəbərdarlıqlar etmişdi.

Qeyd edək ki, qeyd olunan mərkəzi banklar faizləri sıfıra yaxın səviyyələrə endirdiklərindən kredit götürənlər artıb. Götürülən vəsaitlər əmlak, qiymətli kağızlar daxil bir sıra aktivlərə yatırılır. Aktivlərə təlabat artdığından qiymətlər köpük kimi şişir. Mütəxəssislər bu köpüyün yaxın vaxtlarda partlayacağı barədə xəbərdarlıq edirlər. Bu partlamanın yeni qlobal böhrana səbəb ola biləcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə